Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan Dünya İqtisadi Forumunun “Avrasiyanın COVİD-19 ilə mübarizəsi” adlı videokonfransında təmsil olunub

Azərbaycan Dünya İqtisadi Forumunun “Avrasiyanın COVİD-19 ilə mübarizəsi” adlı videokonfransında təmsil olunub

Tarix: 15 Aprel 2020 20:28

Bakı. Trend:

Azərbaycan Dünya İqtisadi Forumunun “Avrasiyanın COVİD-19 ilə mübarizəsi” adlı videokonfransında təmsil olunub.

Bu barədə Azərbaycanın İsveçrədəki Səfirliyindən Trend-ə bildirilib.

Qeyd edilib ki, cari ilin 9 aprel tarixində Dünya İqtisadi Forumunun rəhbərliyinin təşəbbüsü ilə “Avrasiyanın COVİD-19 ilə mübarizəsi” adlı videokonfrans keçirilib. Video konfransın keçirilməsində məqsəd yeni tip koronavirus pandemiyasının Avrasiya regionunda sürətlə yayılması fonunda qarşıya çıxan böhran vəziyyətində bu regionda yerləşən ölkələr tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat mübadiləsinin həyata keçirilməsi idi.

Videokonfransda ölkəmizi Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova təmsil edib.

Səfir Xanım İbrahimova sözügedən konfransda çıxış edərək Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırıqları əsasında yeni koronavirus pandemiyasının ölkəmizin sosial-iqtisadi həyatına ola biləcək mümkün təsirlərini azaltmaq məqsədilə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb. Səfir ölkəmiz tərəfindən epidemiyanın yayılmamasının qarşısını almaq üçün vaxt itirmədən hərəkətə keçildiyini, bu baxımdan virusun yayılma arealının və sürətinin əhəmiyyətli dərəcədə azaldılmasının mümkün olduğunu diqqətə çatdırıb. Həmçinin, səfir bildirib ki, qlobal dünyada baş verən bu pandemiyanın təsirlərinin zəncirvari bütün ölkələrin iqtisadiyyatlarına mümkün təsirlərini nəzərə alaraq Azərbaycan hökuməti tərəfindən əhalinin məşğulluq məsələləri və ölkədəki iqtisadi fəallığın qorunması daim diqqətdə saxlanılır.

Sonra Azərbaycanın səhiyyə sistemindən bəhs edən səfir X.İbrahimova hazırda 20-dən çox xəstəxanada koronavirus xəstələrinin müalicə alması, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə ən müasir xəstəxananın açılışının mart ayının sonunda baş verməsi və dərhal pandemiya ilə mübarizəyə səfərbər edilməsi, habelə Bakıda və digər bölgələrimizdə yeni texnologiyalar əsasında müasir xəstəxanaların inşa ediləcəyi barədə konfrans iştirakçılarını məlumatlandırıb.

Bildirilib ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində tibbi maska və dezinfeksiya vasitələrinin qıtlığı yaranmış bir halda, Azərbaycanda Prezident İlham Əliyevin göstərişi ilə çox qısa bir müddət ərzində qeyd olunan məhsulların istehsalı ilə məşğul olan müəssisənin açılışı baş tutub və bununla da, ölkəmizin aidiyyəti sahə üzrə tələbatının qarşılanması istiqamətində çox mühüm hadisə olub.

Koronavirus infeksiyasının yayılması ilə mübarizədə dövlətimizin bütün səylərini səfərbər edərək, həm Azərbaycanda, həm də ölkəmizdən kənarda olan vətəndaşlarımızın sağlamlığını təmin etmək üçün ciddi tədbirlər görməkdə olduğunu konfrans iştirakçılarının diqqətinə çatdıran səfir X.İbrahimova bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin müstəsna rolunu qeyd edib, eləcə də ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərinin xüsusi rejimdə fəaliyyətlərini davam etdirdiklərini söyləyib. Habelə, XİN-in nəzdində də operativ qərargahın yaradılması barədə məlumat verilib, burada XİN-in 24 saat açıq olan qaynar xəttinə, eləcə də elektron poçtla gələn müraciətlərin qısa müddət ərzində və effektiv şəkildə həll edilməsi üçün iş aparılması vurğulanıb.

Daha sonra səfir ayrı-ayrı ölkələrin təcrübələrinin öyrənilməsinin vacib olduğunu bildirib, bu istiqamətdə vahid beynəlxalq əlaqələndiriciyə ehtiyac olduğunu diqqətə çatdırıb. Bu baxımdan, Dünya İqtisadi Forumunun dünyadakı iqtisadi proseslərə təsiri imkanları, dünya iqtisadi liderlərinin əlaqələndirilməsi sahəsindəki təcrübəsini nəzərə alaraq sözügedən təşkilatın COVİD-19 pandemiyası dövründə beynəlxalq əlaqələndirici kimi rolunun artırılmasını və bu pandemiyanın iqtisadi fəsadlarının qarşısını almaq məqsədilə təşkilatın ekspertləri tərəfindən hazırlanmış tövsiyələrin dünya ölkələrinə təqdim etməsini təklif edib. Bu yanaşma Dünya İqtisadi Forumunun nümayəndələri tərəfindən qəbul olunub, bu istiqamətdə konkret addımlar atılması üçün müzakirələr aparılacağı qeyd edilib.


Etiketlər:  Azərbaycan Dünya İqtisadi Forumunun Avrasiyanın COVİD ilə mübarizəsi adlı videokonfransında təmsil olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ