Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bakıda ''Qarabağ''a qarşı keçirilən oyunu həmişə xatırlayacağam''

''Bakıda ''Qarabağ''a qarşı keçirilən oyunu həmişə xatırlayacağam''

Tarix: 16 Aprel 2020 12:48

APOEL-ın müdafiəçi Nikolas Yoannunun həyat yoldaşı və vəkili Kristina Efstatyu Kipr təmsilçisinin Avropa Liqasında "Qarabağ"la oyunlarını xatırladıb.

Qol.az xəbər verir ki, o, "Kerkida"ya açıqlamasında Ağdam klubuna qarşı Bakıda keçirilən matçı unutmadığını deyib:

"Stadiona gedəndə həmişə eyni hissi keçirirəm. Ancaq Bakıda "Qarabağ"a qarşı keçirilən oyunu həmişə xatırlayacağam. Nikolasın həmin oyunda qol vuraraq komandasına Avropa Liqasının qrupundan çıxmaqda töhfə verməsini heç vaxt unutmayacağam. Əlbəttə, onun meydanda zədələndiyini görmək xoşagəlməz bir an idi".

Qeyd edək ki, Yoannu Avroliqada "Qarabağ"la hər iki görüşdə qol vurub.

 


Etiketlər:  Bakıda Qarabağa qarşı keçirilən oyunu həmişə xatırlayacağam


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ