Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 13:26
"Championat" nəşri Rusiya Premyer Liqasının 2019/2020 mövsümündə istedadlarından aşağı səviyyədə çıxış edən yerli futbolçuların siyahısını hazırlayıb.
Qol.az xəbər verir ki, siyahıda "Spartak"ın əslən azərbaycanlı yarımmüdafiəçisi Ayaz Quliyev də yer alıb. O, siyahının 4-cü pilləsində qərarlaşıb.
23 yaşlı oyunçu ilə bağlı bu sözlərə yer verilib: "Quliyevin 2018-ci ilin payızında "Rostov"dakı oyunu "Spartak"ı heyran qoydu və onlar dərhal öz yetirmələrini transfer etdilər. Ayaz Denis Qluşakovu əvəzləməli idi və əvvəlcə bunu etdi. 2019-cu ilin yayında Oleq Kononovun rəhbərliyi altında zaman-zaman yaxşı görünürdü. Amma Ayaz "Rostov"la müqayisədə artırmadı, əksinə, daha da zəiflədi. Bəlkə də "Spartak"a keçidi onu həvəsləndirmədi, əksinə rahatlatdı".