Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda kofe klubundan oğurluq edilib

Bakıda kofe klubundan oğurluq edilib

Tarix: 16 Aprel 2020 13:27

Bakı. Samir Əli - Trend:

Bakıda kofe klubundan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul, mobil telefon və gümüş əşyalar, bir klinikadan isə içərisi boş olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mirzəyev saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun digər bir nəfərlə birgə rayon ərazisindəki "kofe klubu"ndan 8000 manat dəyərində kofe və avadanlıq oğurlaması da müəyyən edilib.


Etiketlər:  Bakıda kofe klubundan oğurluq edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ