Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sumqayıtda park direktoru 5 min manat cərimə edildi

Sumqayıtda park direktoru 5 min manat cərimə edildi

Tarix: 16 Aprel 2020 16:00

Bakı. İlhamə İsabalayeva - Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) Sumqayıt şəhəri Nəsimi adına mədəniyyət və istirahət parkının ərazisində ağacların kəsilməsi ilə bağlı daxil olan məlumat Nazirliyin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

ETSN-dən Trend-ə bildirilib ki, əraziyə keçirilən baxış zamanı tikinti məqsədilə sahədəki 30 ağac tinginin icazəsiz başqa əraziyə köçürüldüyü müəyyən edilib.

Faktla bağlı əraziyə məsul şəxs, parkın direktoru Orxan Bədəlov 5000 manat məbləğində cərimə olunub. Əraziyə yenidən ağac tingləri əkilib və onlara aqrotexniki xidmətin göstərilməsi üçün parkın direktoruna “məcburi göstəriş” verilib.

Qeyd edək ki, 29 dekabr 2019-cu il tarixində də sözügedən ərazidə ağacların kəsildiyi və təbiətə 8520 manat məbləğində ziyan dəydiyi müəyyən edilmişdi.

Ağac kəsənlər bu günədək müəyyən edilmədiyindən Sumqayıt şəhər Polis İdarəsinə müraciət edilib.


Etiketlər:  Sumqayıtda park direktoru manat cərimə edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ