Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 16:26
İsveçdə ən istedadlı futbolçulardan biri hesab olunan İliya Yurkoviç gələcəyin ulduzlarından biri olaraq görülsə də, tam fərqli yol seçib.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, o, 23 yaşında cinayət aləminə qoşulub.
AİK-in futbol akadeiyasında yetişən Yurkoviç klubun və İsveç futbolunun gələcəyi hesab olunurdu. AİK-in U-19 komandasının heyətində keçirdiyi 4 oyunda 10 qol vuraraq bütün diqqətləri üzərinə çəkən İliya əsas komandanın məşqlərinə cəlb olunmuşdu. Bundan sonra İsveçin gənclər millisinə dəvət alan futbolçunu "Vasalund" transfer etmiş və o, ilk peşəkar müqaviləsini imzalamışdı.