Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 22:00
Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində daha 125 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 1643 nəfərə çatıb.
Ölkədə 4 801 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 74 193 nəfərə çatıb.
Onun sözlərinə görə, ötən sutka ərzində 1415 nəfər sağalıb, sağalanların ümumi sayı 7 089 nəfər təşkil edir.