Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qarabağ''la müqavilə imzalamağım üçün prezidentə zəng edildi''

''Qarabağ''la müqavilə imzalamağım üçün prezidentə zəng edildi''

Tarix: 17 Aprel 2020 10:24

"Neftçi"nin futbolçusu Donald Gerye "Haiti-Tempo" nəşrinə açıqlama verib.

Qol.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Haiti pasportuna sahib olduğu üçün bəzi çətinliklər çəkdiyini söyləyib. Bu, onun "Qarabağ"a transfer olduğu vaxt da baş verdiyini bildirib:

"Visla" ilə "Volfsburq"a qarşı yoldaşlıq görüşündə qol vurdum və yaxşı oyun keçirdim. Sonra Almaniya təmsilçisinin nümayəndələri  klubumla əlaqə saxladılar. Ancaq Haiti pasportuna sahib olmağım məni çıxılmaz vəziyyətdə qoydu. Azərbaycanda ilk dəfə müqavilə imzalamaq istədiyim vaxt da eyni çətinliyi yaşadım. Pasport məsələsi işimi asanlaşdırmadı. Buna görə ölkəmizin prezidentinə zəng etdilər ki, məsələnin həllində yardımçı olsun".

Haiti millisinin üzvü ölkəsinin rəhbərliyinə pasportla bağlı müraciət də edib: "Milliyə çağırılan futbolçuların xaricdə oynamasını asanlaşdırmaq üçün diplomatik pasporta sahib olmalarına icazə verməyə çağırıram".

Qeyd edək ki, D.Gerrye 2017-2019-cu illərdə "Qarabağ"da oynayıb. O, bu mövsümün əvvəlindən "Neftçi"də çıxış edir.

 


Etiketlər:  Qarabağla müqavilə imzalamağım üçün prezidentə zəng edildi


RƏYLƏR