Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Aprel 2020 15:16
Bakı. Trend:
Pentaqon Vaşinqtonda koronavirusun yayılması ilə bağlı vəziyyətin kəskin pisləşəcəyi təqdirdə Ağ Evi təxliyə etmək məqsədilə xüsusi operativ qrupu hazır vəziyyətə gətirib.
Trend-in məlumatına görə, bu barədə "Newsweek" jurnalı yazıb.
Qeyd olunur ki, xüsusi qrupun tərkibində 10 min hərbçi və mülki şəxs xidmət edir. Birbaşa müdafiə nazirinə tabe olan qrupun komandanı general-mayor Omar Cons təyin edilib.
Xüsusi operartiv qrupun vəzifələri sırasına pandemiya müddətində hökumətin dayanıqlı işini təmin etmək, bundan başqa, "mümkün kütləvi iğtişaşlar" yaranacağı təqdirdə ölkə prezidentini, Ağ Evin, Pentqaonun digər rəsmi şəxslərini təhlükəsiz bölgəyə köçürməkdir.