Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lyakazett ''Atletiko''ya keçə bilər

Lyakazett ''Atletiko''ya keçə bilər

Tarix: 17 Aprel 2020 19:56

“Arsenal”ın futbolçusu Aleksandr Lyakazett karyerasını İspaniyada davam etdirə bilər.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu “Atletiko”nun hədəfindədir.

Madrid klubunun, Lyakazetti komandadan ayrılması gözlənilən Dieqo Kostanın əvəzləyicisi kimi gördüyü bildirilir. Kostanın “Atletiko”dan ayrılacağı təqdirdə klubun fransalı futbolçu üçün hərəkətə keçəcəyi qeyd olunub.

“Arsenal”ın da Lyakazetti satmağı düşündüyü bildirilir.

Qeyd edək ki, 2017-ci ildən “Arsenal”da çıxış edən Lyakazettin klubla müqaviləsi 2022-ci ilin iyununadək nəzərdə tutulub.

 


Etiketlər:  Lyakazett Atletikoya keçə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ