Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 08:16
Ukraynanın "İnfokom LTD" şirkəti robot polis yaradıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, robotun əsas məqsədi epidemiya müddətində polislə vətəndaşların ünsiyyətini azaltmaq üçün küçədə patrul həyata keçirmək olacaq.
Robot hər hansı bir qanun pozuntusunun qarşısının alınması məqsədilə toratan qurğu, gözyaşardıcı qaz baloncuqları, eləcə də səsgücləndirici, videokamera və müxtəlif ötürücülərlə təchiz edilib.
Robot polis həm məsafədən idarə oluna, həm də müstəqil şəkildə hərəkət edə bilər.