Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 09:57
Bakı. Samir Əli - Trend:
Karantin qaydalarını pozan 1874 sürücü məsuliyyətə cəlb olunub.
Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə,19.04.2020-ci il saat 00:00-dan 20.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1874 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.
Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 31516 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.