Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Aprel 2020 13:44
Azərbaycan çempionatının birinci divizionu tarixində ən yaxşı komanda MOİK-dir.
Qol.az PFL-in saytına istinadən xəbər verir ki, əvvəllər OİK adlanan paytaxt təmsilçisi 1992-ci ildən keçirilən yarışda həm oyun, həm qələbə, həm xal sayında bütün komandaları qabaqlayır. Bakılılar 395 matçda 187 qələbə qazanıb, 638 xal toplayıb.
Daha 4 klub 300-dən çox oyun keçirməyə nail olub. Bunlar “Göyəzən” (384), “Bakılı” (346), Mingəçevir “Energetik”i (332) və “Neftçala” (304) klublarıdır. MOİK-dən başqa iki komanda 150-dən çox oyunda qalib gəlib. “Neftçala” 173, “Qaradağ Lökbatan” 165 dəfə qələbə əldə edib. Xal hesabında da bu komandalar müvafiq olaraq 2-ci və 3-cüdür. “Bakılı” I divizionun ümumi cədvəlində 4-cü, Qusar “Şahdağ”ı 5-cidir.