Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Üzünü it parçalayan uşağın nənəsi: Sulutəpədə küçə heyvanları sürü şəklində gəzir

Üzünü it parçalayan uşağın nənəsi: Sulutəpədə küçə heyvanları sürü şəklində gəzir

Tarix: 22 Aprel 2019 12:54

Bakı. Trend:

4 yaşlı Hüseyn həyətdə digər uşaqlarla oynayarkən it ona hücum edib.

Bunu Trend-ə Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 4 yaşlı uşaq - 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlunun nənəsi Nəzakət Novruzova deyib.

Onun sözlərinə görə, həyətyanı sahələr hasarlanmadığı üçün it həyətə daxil olub və burda oynayan uşaqlara hücum edib:

“İt uşağı həyətdə yıxaraq sürüyüb. Yanağını və gözünün üstünü qoparıb. Nəvəmi təcili xəstəxanaya çatdırdıq. Onun üzərində üç saata yaxın əməliyyat aparıldı. Məni o narahat edir ki, Sulutəpədə küçə heyvanları sürü şəklində gəzir”.

N.Novruzova bildirib ki, hadisə günorta saatlarında baş verib. Həyətdə oynayan digər uşaqlar ərazidən tez uzaqlaşdıqları üçün heç bir xəsarət almayıblar.

Xatırladaq ki, itin hücumuna məruz qalan H.Məmişov yanaq nahiyəsindən xəsarət alıb. Məlumata görə, it quduz olduğu üçün uşağın üzünü parçalayan kimi ölüb. Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da Bakıya 1 saylı Klinik xəstəxanaya aparılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Üzünü parçalayan uşağın nənəsi Sulutəpədə küçə heyvanları sürü şəklində gəzir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ