Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Səbaildə xüsusi karantin qaydalarını pozan gözəllik salonu aşkar edilib (FOTO)

Səbaildə xüsusi karantin qaydalarını pozan gözəllik salonu aşkar edilib (FOTO)

Tarix: 22 Aprel 2020 15:57

Bakı. Trend:

Səbail rayonunda xüsusi karantin qaydalarını pozan gözəllik salonu aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir zamanı Nigar Rəfibəyli küçəsində yerləşən “Pəri” gözəllik salonunun qanunsuz olaraq karantin dövründə işlədiyi məlum olub. Obyektə baxış zamanı oranın sahibi paytaxt sakini Rüfət Yusubov və daha 3 nəfər müştəri aşkar olunaraq Polis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barədə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb, onlar inzibati qaydada cəzalandırılıblar.

Səbaildə xüsusi karantin qaydalarını pozan gözəllik salonu aşkar edilib (FOTO) - Gallery Image Səbaildə xüsusi karantin qaydalarını pozan gözəllik salonu aşkar edilib (FOTO) - Gallery Image Səbaildə xüsusi karantin qaydalarını pozan gözəllik salonu aşkar edilib (FOTO) - Gallery Image Səbaildə xüsusi karantin qaydalarını pozan gözəllik salonu aşkar edilib (FOTO) - Gallery Image


Etiketlər:  Səbaildə xüsusi karantin qaydalarını pozan gözəllik salonu aşkar edilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ