Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2020 20:36
Çinin Uhan şəhərindən dünyaya yayılmağa başlayan koronavirusla bağlı yeni araşdırma aparılıb.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Çində Zhejiang Universitetinin alimləri tərəfindən aparılan araşdırma zamanı Covid-19-un mutasiyaya uğrayaraq 30 fərqli növünün yarandığı və onlardan 19-na daha əvvəl rast gəlinmədiyi məlum olub.
Alimlər virusun ötən il heyvanlardan insane keçməsindən sonra dəfələrlə mutasiyaya uğradığını bildiriblər. Bəzi növlər bədəndəki hüceyrələri yox etmə "bacarığını" artırır, digərləri isəhüceyrələri öldürür və daha sürətlə çoxalmağa səbəb olur. Ən ölümcül mutasiyalar isə Avropada, nisbətən zəif olanlar ABŞ-ın bəzi əyalətlərində müşahidə olunur.
Mütəxəssislər, həmçinin, qeyd ediblər ki, virusun mutasiyaya uğraması orqanizmin immun sistemi ilə də əlaqəlidir.