Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Aprel 2020 21:08
Bakı. Trend:
Türkiyədə son 24 saat ərzində daha 117 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 2376 nəfərə çatıb.
Ölkədə 3083 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 90 980 nəfərə çatıb.
Onun sözlərinə görə, ötən sutka ərzində 1559 nəfər sağalıb, sağalanların ümumi sayı 16 477 nəfər təşkil edir.