Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 08:30
Şəmkirdə yaşlı kişi yanıq xəsarəti alıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə rayonun "15 küçə" adlanan ərazisində olan mənzillərin birində qeydə alınıb.
1941-ci il təvəllüdlü Cəfər Vəliyev ağır yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır olduğundan Bakıda yerləşən 5 saylı Xəstəxananın Yanıq şöbəsinə gətirilib.
Məlumata görə, 79 yaşlı kişi özü-özünü yandırıb.
Hadisənin baş verməsi səbəbləri araşdırılır.