Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nvidia, RTX Voice süni zəkası ilə səsli söhbətlərdəki küyləri azaldacaq

Nvidia, RTX Voice süni zəkası ilə səsli söhbətlərdəki küyləri azaldacaq

Tarix: 23 Aprel 2020 08:36

Nvidia şirkəti kompüterlər üçün istehsal etdiyi videokartlardan başqa süni zəka texnologiyaları ilə də tanınan bir şirkətdir. Hal-hazırda şirkətin RTX 2000 videokart seriyası Nvidia-nın RTX dəstəkli ən güclü məhsullarıdır. Bu səfər Nvidia RTX Voice adını verdiyi yeni süni zəka texnologiyasını təqdim etdi. RTX seriyalı videokartlar ilə işləyən yeni proqram vasitəsilə istifadəçilər Cisco Webex, Zoom, Skype, Twitch, XSplit, OBS, Discord, və Slack kimi proqramlarda səsli danışıqlar zamanı küy və gürültünü azalda biləcəklər.

RTX Voice proqramı hələ Beta versiyadadır. Və istifadə edə bilmək üçün RTX 2060, 2070 və 2080 videokartlarına malik olmaq lazımdır.

Bu proqram vasitəsilə həm sizin səsiniz, həm sizə gələn səs küy və gürültüdən qismən təmizlənəcək. Bu süni zəka vasitəsilə ediləcək. Bu proses sadəcə RTX videokartlarında olan Tensor nüvələri vasitəsilə edilir. Hal-hazırda kənar proqram olaraq yüklənən RTX Voice bir müddət sonra videokart drayverləri ilə birliktə sistemə avtomatik yüklənəcək. Bu kimi texnologiyalar ilə Nvidia şirkəti öz məhsullarının dəyərini artıraraq istifadəçilərə daha çox funksiyalar vəd edə bilir.


Etiketlər:  Nvidia Voice süni zəkası ilə səsli söhbətlərdəki küyləri azaldacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ