Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 20:36
Quldurluq etməkdə şübhəli bilinən Ağdam rayon sakini A.Quliyev saxlanılıb.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, aprelin 22-də DİN-in "102" Zəng Mərkəzinə müraciət edən Kürdəmir rayon sakini S.Süleymanova Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində bir nəfərin onu bıçaqla hədələyib 50 manat pulunu aldığını bildirib.
Müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər həyata keçirilib. Quldurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş A.Quliyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən hadisə yerinin yaxınlığında saxlanılıb.
Binəqədi RPİ-də araşdırma aparılır.