Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Aprel 2020 23:42
Lənkəranda yaşlı qadın ehtiyatsızlıqdan boğularaq dünyasını dəyişib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, şəhər sakini 1959-cu il təvəllüdlü Mirzadə Mirhəsən qızı Əskərovanın cansız bədəni yaşadığı ünvandakı su quyusundan tapılıb.
Qadının meyitini ilk olaraq bacısı aşkar edib. Bədbəxt hadisənin ehtiyatsızlıqdan baş verdiyi ehtimal edilir. Meyit müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.