Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 10:16
"Kayserispor"un baş məşqçisi Robert Prosineçki millimizi çalışdıracağı ilə bağlı xəbərlərə növbəti dəfə münasibət bildirib.
Qol.az xəbər verir ki, xorvat mütəxəssis ölkəsinin mətbuatına müsahibəsində bu iddiaları təkzib edib: "Bunu kimin yazdığını bilmirəm. Bunların heç biri olmayıb. Azərbaycandan heç kimlə əlaqə qurmamışam. Belə xəbərlər həqiqət deyil".
Xatırladaq ki, Prosineçki 2014-17-ci illərdə milli komandamızın baş məşqçisi işləyib.