Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Aprel 2020 10:44
Yüngül atletika üzrə 2020-ci il Avropa çempionatı koronavirus pandemiyası səbəbilə ləğv olunub.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropanın Yüngül Atletika Assosiyasının vitse-prezidenti Dobromir Karamarinov deyib.
Vitse-prezidenti bildirib: "Təəssüf hissi ilə Parisdə Avropa çempionatının ləğv olunduğunu bildirmək məcburiyyətindəyik. Biz ümid edirdik ki, bu çətin ildə idmançıların böyük bir yarışda iştirak etmək imkanı olacaq".
Yarışın təşkilat komitəsinin rəhbəri Jan Qarsiya isə vurğulayıb ki, turniri keçirmək istəyinə baxmayaraq, insanları əlavə riskə atmağın mənası yoxdur.
Qeyd edək ki, yüngül atletika üzrə Avropa Çempionatı 26-30 avqustda Parisdə keçirilməli idi.