Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sabah'' onunla yolları ayırdı - Rəsmi

''Sabah'' onunla yolları ayırdı - Rəsmi

Tarix: 24 Aprel 2020 14:30

"Sabah" futbolçusu Marko Deviçlə bağlı açıqlama yayıb.

Klubun mətbuat xidmətindən Qol.az-a verilən məlumata görə, ukraynalı hücumçu koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunmağa başlayanda klub rəhbərliyinə müraciət edib.

O, ölkəsinə, ailəsinin yanına yollanmaq istədiyini bildirib. Futbolçunun bu istəyinə müsbət cavab verildiyi vurğulanıb.

Bildirlib ki, futbolçu ilə klub rəhbərliyi arasında belə bir razılaşma olub ki, xüsusi karantin rejiminin vaxtı uzadılacağı halda, onun müqaviləsi uzadılmasın. Bu razılaşmaya əsasən, artıq Deviçin “Sabah”la müqavilə müddəti bitib.

Klub Marko Deviçə verdiyi xidmətlərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, Serbiya əsilli ukraynalı futbolçu daha əvvəl 2018/2019 mövsümündə "Sabah"da çıxış edib. Ötən yay Serbiyanın "Voydovats" klubuna keçən M.Deviç cari mövsümün qış fasiləsində yenidən Premyer Liqa təmsilçisinə transfer olunub.

 


Etiketlər:  Sabah onunla yolları ayırdı Rəsmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ