Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Deputat: “Həm şagirdlər, həm də müəllimlər arasında narkotikdən istifadənin aşkarlanması üçün yoxlamalar aparılmalıdır”

Deputat: “Həm şagirdlər, həm də müəllimlər arasında narkotikdən istifadənin aşkarlanması üçün yoxlamalar aparılmalıdır”

Tarix: 24 Aprel 2020 17:51

"Mütəmadi narkotik maddələr qəbul edən şəxslərin əsgərliyə çağırılması düzgün deyil".

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu bu gün Milli Məclisin plenar iclasında Cinayət Məcəlləsində dəyişikliklərlə bağlı qanun layihəsinin (ikinci oxunuş) müzakirəsi zamanı millət vəkili Arzu Nağıyev bildirib.

A. Nağıyev deyib ki, orta məktəblərdə tək şagirdlər yox, müəllimlər arasında da narkotikdən istifadənin aşkarlanması üçün yoxlamalar aparılmalıdır: "Çünki bəzi məktəblərdə müəllimlərin də narkotik vasitələrdən yayılmasında rolu olması barədə məlumatlara rast gəlinir. Digər tərəfdən, təcridxanaların daxilində narkotik vasitələr yoxdur, içəri necə keçirilir? Təcridxanalara da kimlər narkotik vasitələr keçirir, bilinir".


Etiketlər:  Deputat Həm şagirdlər həm müəllimlər arasında narkotikdən istifadənin aşkarlanması üçün yoxlamalar aparılmalıdır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ