Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 09:34
"Çelsi" futbolçusu Olivye Jiru ilə müqaviləni uzadıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, fransalı hücumçunun yeni sözləşməsi 2021-ci ilin iyununa qədərdir. Klubun bunu tezliklə rəsmən açıqlayacağı bildirilib.
33 yaşlı forfardın müqaviləsi bu ilin iyununa qədər idi.
Qeyd edək ki, Jiru 2018-ci ildən London klubunda oynayır. O, bu mövsüm Premyer Liqada 9 matça 2 qol vurub.