Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qubada narkotik vasitə qəbul edən sürücü postda həbs edildi

Qubada narkotik vasitə qəbul edən sürücü postda həbs edildi

Tarix: 25 Aprel 2020 13:45

Bakı. Samir Əli - Trend:

Aprelin 23-də saat 21 radələrində “COVİD-19” xüsusi karantin rejimi ilə əlaqədar Quba rayonunun Barlı kəndinin ərazisində quraşdırılan postda Xaçmaz rayon sakini K.Bəkdəmirovun idarə etdiyi “VAZ-21074” markalı avtomobil orada xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı sürücünün narkotik maddənin təsiri altında olması müəyyən edilib. Bu zaman avtomobildəki sərnişin düşərək əlindəki qutunu yolun kənarına ataraq qaçıb.

Polis əməkdaşları qutudan narkotik vasitə olan marixuana aşkar edərək götürüb.

K.Bəkdəmirovun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) protokol tərtib edilib və o, 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Digər şəxsin saxlanılması üçün əməliyyat tədbirləri davam etdirilir.


Etiketlər:  Qubada narkotik vasitə qəbul edən sürücü postda həbs edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ