Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun Azərbaycan iqtisadiyyatına vurduğu gündəlik ziyan açıqlanıb

Koronavirusun Azərbaycan iqtisadiyyatına vurduğu gündəlik ziyan açıqlanıb

Tarix: 25 Aprel 2020 17:52

Bakı. İlhamə İsabalayeva – Trend:

Pandemiyadan zərərçəkən vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyaları üçün vergi güzəştlərinin tətbiqi fərqlidir:

Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, vergi güzəştləri paketində fərqli bölmələr mövcuddur: “Elə bölmə var ki, pandemiyadan zərərçəkən sahibkalar aiddir. Qeyri-neft sektoru üzrə pandemiyadan zərər çəkən vergi ödəyicilərinin vergi ödəmələlərdəki payı 46,4 faizdir”.

Nazir qeyd edib ki, koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına böyük məbləğdə ziyan vurub.Bu rəqəmləri tam dəqiq hesablamağın çətin olduğunu qeyd edən M.Cabbarov əlavə edib ki, gündəlik itkilərin məbləği 120-150 milyon manatdır.


Etiketlər:  Koronavirusun Azərbaycan iqtisadiyyatına vurduğu gündəlik ziyan açıqlanıb


RƏYLƏR