Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 20 min nəfəri keçib

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 20 min nəfəri keçib

Tarix: 25 Aprel 2020 22:00

Bakı. Trend:

Böyük Britaniyada koronavirusdan ölənlərin sayı 20 min nəfəri keçib, yoluxanların sayı 150 minə yaxınlaşıb.

Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi tərəfindən açıqlanan statistikada göstərilib.

Bildirilib ki, koronavirus ilə bağlı analizlər 517 836 nəfərdən 148 377-də müsbət nəticə verib:

"Aprelin 24-ü səhər saat 17:00-a olan məlumata görə, Böyük Britaniyada koronavirus xəstəliyi ilə xəstəxanaya yerləşdirilənlərdən 20 319 nəfər təəssüf ki ölüb".

Son sutka ərzində qeydə alınan ölənlərin sayı 813 nəfər təşkil edib, ötən gün isə ölkə hakimiyyəti 684 yeni ölüm halı barədə xəbər vermişdi.

Əvvəlki 10 gündə (19 və 20 aprel istisna olmaqla) gündəlik göstərici aprelin 16-sı 616 nəfər düşərək sutkada 700-800 ölüm halı səviyyəsində olub.


Etiketlər:  Böyük Britaniyada koronavirusdan ölənlərin sayı nəfəri keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ