Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2020 22:48
"COVID-19" pandemiyası dövründə hakerlərin əsas hücum hədəflərindən biri də Netflix şirkəti olub.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, təkcə aprel ayında hakerlər şirkətin adından təxminən 700 saxta sayt yaradıb.
Saytlar Netflix portalının ana səhifəsi ilə eyni dizaynda hazırlanıb. Olduqca inandırıcı görünən saxta saytlardan bəziləri abunə də satır. Hakerlər istifadəçinin şəxsi məlumatlarını, bank kartı məlumatlarını saxta saytdakı abunə formasına daxil etməyə və uzun müddət ödənişsiz hesablar açmağa yönləndirirlər.
Bu məlumatları əldə edən kibercinayətkar dərhal kart hesabındakı vəsaiti oğurlayır.
Qeyd edək ki, Netflix-in 160 milyon izləyicisi var. Karantin rejimi dövründə şirkətin gəliri 192 milyard dollara çatıb.