Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Aprel 2020 11:04
2020-ci ilin yanvar-mart aylarında Türkiyədən Azərbaycana mebel və oduncaq ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 26,21 faiz artaraq 29,911 milyon dollar təşkil edib.
Sonxeber.net bildirir ki, bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.
Nazirlik qeyd edib ki, 2020-ci ilin mart ayında Türkiyədən Azərbaycana mebel və oduncaq ixracı 2019-cu ilin mart ayına nisbətən 15,41 faiz artaraq 10,157 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında Türkiyədən dünya bazarlarına mebel və oduncaq ixracı 1,326 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz azalıb.
Türkiyədən avtomobil ixracı yanvar-mart aylarında ölkənin ümumi ixracının 3,1 faizini təşkil edib.
Son 12 ayda (mart 2019 - mart 2020) Türkiyə 5,579 milyard dollar məbləğində avtomobil ixrac edib.