Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Beşiktaş" Qana millisinin üzvü ilə anlaşdı

Tarix: 26 Aprel 2020 18:22

"Beşiktaş" Bolqarıstanın ÇSKA klubunun vingeri Edvin Qiasi ilə anlaşıb.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sofiya təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatacaq qanalı futbolçu İstanbul klubuna keçəcək. "Ghana Soccer" nəşri isə 28 yaşlı futbolçunun "ağ-qaralar"la 2 illik razılığa gəldiyini yazıb.

Qeyd edək ki, Qana millisinin üzvü 2018-ci ildə Norveçin "Olesun" klubundan ÇSKA-ya keçib. O, ötən il icarə əsasında MLS təmsilçisi "Dallas"da çıxış edib.

 


Etiketlər:  Beşiktaş Qana millisinin üzvü ilə anlaşdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ