Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bakı metrosunda 2 yeni ventilyatorun quraşdırılması başa çatdı

Bakı metrosunda 2 yeni ventilyatorun quraşdırılması başa çatdı

Tarix: 3 Iyun 2019 17:30

Bakı. Samir Əli - Trend:

Bakı metropoliteninin stansiyaları üçün gətirilən 7 yeni havalandırma ventilyatorundan 2-nin quraşdırılması başa çatıb.

Bunu Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, artıq Bakıya gətirilən yeni ventilyatorlardan biri "Memar Əcəmi" stansiyasında quraşdırılıb:

"İyunun 4-də həmin ventilyator "Memar Əcəmi" stansiyasında işə salınaraq təqdimat mərasimi keçiriləcək. Gətirilən 7 ventilyatordan daha biri metronun "Qara Qarayev" stansiyasında quraşdırılıb".

B.Məmmədov bildirib ki, Bakıya gətirilən daha 5 ventilyator isə mərhələli şəkildə quraşdırılacaq.


Etiketlər:  Bakı metrosunda 2 yeni ventilyatorun quraşdırılması başa çatdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ