Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Həftədə 49 saatdan çox işləyirsinizsə... - Alimlərdən XƏBƏRDARLIQ

Həftədə 49 saatdan çox işləyirsinizsə... - Alimlərdən XƏBƏRDARLIQ

Tarix: 27 Aprel 2020 03:30

ABŞ-da aparılan bir araşdırmaya görə, uzunmüddət çalışanlarda yüksək təzyiqin yaranma ehtimalı var. Kanada bu yöndə 3500-dən çox işçi üzərində tədqiqat aparılıb. Nəticədə, digər insanlarla müqayisədə həftədə 49 saat və daha çox çalışanlarda yüksək təzyiq riski 70 %-ə yüksəlib.

Sonxeber.net xəbər verir ki, araşdırma zamanı yaş, cinsiyyət, təhsil səviyyəsi, peşə, siqaretdən istifadə, bədənin immunitet səviyyəsi və digər sağlamlıq faktorları əsas götürülüb.

Tədqiqat qrupunun rəhbəri, Laval Universitetinin əməkdaşı Xavier Trudel bildirib ki, insanlar uzun müddət çalışmağın sağlamlıqlarına təsir edə biləcəyinə diqqət yetirməli, əgər uzun müddət çalışırlarsa, daim həkim yoxlanışından keçmək kimi önəmli məsələni diqqətdə saxlamalıdırlar.

Qeyd edək ki, dünyada 1 milyondan çox yüksək təzyiq xəstəsi var. Bu da insanlarda ürək-damar xəstəlikləri, iflic, hətta bəzən ölüm təhlükəsini də artırır. (publika.az)


Etiketlər:  Həftədə saatdan çox işləyirsinizsə Alimlərdən XƏBƏRDARLIQ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ