Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 09:12
Bakı. Trend:
"Airbus" təyyarələri istehsal edən şirkətin rəhbəri Giyom Fori işçilərinə şirkətin koronavirus pandemiyasının təsiri səbəbindən xərcləri azaldacağı barədə xəbərdarlıq edib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, korporasiya artıq sərnişin təyyarələrinin istehsalını 30 faizdən çox azaldıb.
"Biz əvvəllər görünməmiş bir nisbətdə pulumuzu itiririk ki, bu da şirkətimizin mövcudluğunu sual altında qoyur", - G.Fori bildirib.
"Airbus"un başçısı şirkətin xilas edilməsi üçün xərcləri dərhal azaltmağın vacib olduğunu deyib.
Bundan əvvəl korporasiya sərnişin təyyarələrinin istehsalını üçdə bir qədər azaldıb.