Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Adidas''ın xalis gəliri kəskin azalıb

''Adidas''ın xalis gəliri kəskin azalıb

Tarix: 27 Aprel 2020 13:32

Bu ilin I rübündə koronavirus (COVID-19) pandemiyası fonunda "Adidas AG" şirkətinin xalis gəliri 97% azalıb.

Qol.az "APA-Economics"ə istinadən xəbər verir ki, şirkət cari ilin II rübündə satışların illik ifadədə 40% azalacağını proqnozlaşdırır.

Bundan əlavə, "Adidas AG" Çindəki mağazalardan satılmamış malları qaytarmaq, alış barədə sifarişləri ləğv etmək və ümidsiz borcları bağlamaq üçün 1,5 mlrd. ABŞ dolları xərcləyib.

Qeyd edək ki, şirkət aprelin 14-də Almaniya hökumətindən pandemiyanın səbəb olduğu iqtisadi şoklarla mübarizə üçün 2,4 mlrd. avro həcmində kredit cəlb edib.

 


Etiketlər:  Adidasın xalis gəliri kəskin azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ