Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Aprel 2020 14:09
Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) sahibkarları maarifləndirmək üçün onlayn təlimlərə başlayır.
AQTA-dan Trend-ə verilən məlumata görə, aprelin 28-də, saat 16-00-da keçiriləcək videotəlimdə fındıq ixracı ilə bağlı müzakirələr aparılacaq, bu mövzuda sahibkarları maraqlandıran suallar cavablandırılacaq.
Təlimdə iştirak etmək istəyən sahibkarlar
(012) 377-00-77 (203-222)
(051) 990-50-23 nömrələrinə zəng etməklə əlaqə saxlaya bilərlər.