Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycandan tibbi ləvazimatların çıxarılmasına qoyulan məhdudiyyət uzadıldı

Azərbaycandan tibbi ləvazimatların çıxarılmasına qoyulan məhdudiyyət uzadıldı

Tarix: 27 Aprel 2020 21:54

Bakı. Trend:

Nazirlər Kabineti "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 fevral tarixli 42 nömrəli Qərarında dəyişiklik edib.

Trend xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yeni koronavirusla (2019-nCoV) mübarizədə istifadə olunan bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair müddət mayın 1-dən iyulun 1-dək uzadılıb.


Etiketlər:  Azərbaycandan tibbi ləvazimatların çıxarılmasına qoyulan məhdudiyyət uzadıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ