Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2019 22:04
Bakı. Trend:
İyunun 7-dən 11-dək keçiriləcək “Sarsılmaz qardaşlıq - 2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təliminə cəlb edilmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti və hərbi texnikası Naxçıvana gəlib.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, bu münasibətlə Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində təntənəli qarşılanma mərasimi keçirilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin