Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AHK Azərbaycanın üzv şirkətləri koronavirus pandemiyasının iqtisadi təsirini dəyərləndiriblər

AHK Azərbaycanın üzv şirkətləri koronavirus pandemiyasının iqtisadi təsirini dəyərləndiriblər

Tarix: 28 Aprel 2020 14:20

Bakı. Trend:

AHK Azərbaycan, COVID-19-un biznes mühitinə ilkin iqtisadi təsirini qiymətləndirmək üçün üzv şirkətləri arasında qısa sorğu keçirib.

COVID-19-un qəfil yayılması nəinki həyatı təhlükə yaradır, həm də qlobal iqtisadi fəaliyyətə misli görünməmiş təsir göstərir. Məsələnin ciddiliyi bütün dünyada, sərhədlərin bağlanması və səyahət qadağaları kimi hərəkət məhdudlaşdırıcı tədbirlərin tədbiqinə və beləliklə də istehsalın ciddi şəkildə pozulmasına və iqtisadi itkiyə səbəb oldu. Azərbaycan da belə qabaqlayıcı tədbirlərın vacibliyini anlayaraq yeni koronavirusun daha da yayılmasının qarşısını almaq üçün ölkə daxilində xüsusi karantin rejimi tətbiq etdi.

AHK üzvlərinin böyük əksəriyyəti, pandemiyanın və müvafiq qabaqlayıcı və nəzarət tədbirlərinin öz bizneslərinə kritik və ya orta təsirini hiss etdiklərini qeyd edirlər. Təəccüblü deyil ki, bu təsir özünü tikinti, pərakəndə satış, turizm və qonaqpərvərlik kimi bəzi sahələrdə xüsusilə kəskin göstərir. Bu müşahidələr Alman-Azərbaycan Ticarət Palatasının aprel ayında 140 üzvü arasında keçirdiyi qısa sorğunun nəticələrinə əsaslanır.

Nəticələr onu göstərir ki, şirkətlər məhsul və xidmətlərə olan tələbatın kəskin şəkildə aşağı düşməsindən ciddi zərər çəkirlər. Koronavirusun yayılmasının birbaşa nəticəsi olaraq, AHK-nin hər üçüncü üzvü 2020-ci il üçün biznes fəaliyyətinin hədəfini azaltmağı planlaşdırır. Bu baxımdan şirkətlər dövlət dəstəyinə güvənmək niyyətindədirlər və sürətli iqtisadi bərpaya şərait yaratmaq üçün çevik siyasi müdaxilələrin vacib olduğuna inanırlar. Azərbaycan hökumətinin biznesə dəstək verməsi üçün tətbiq etməli olduğu ən vacib tədbirlər barədə suala cavab verən AHK üzvlərinin 70% -i vergi tətillərini və ya ödənişlərin təxirə salınmasını əsas şərt kimi qeyd edirlər.

Nisbətən zəif biznes gözləntilərinə və mümkün gələcək problemlərə baxmayaraq, sorğuda iştirak edən AHK üzvlərinin demək olar ki, yarısı bu il məşğulluq strategiyalarında ixtisarlar planlaşdırmırlar. Xatırladaq ki, AHK üzvləri Covid-19-un ölkədə yayılmasının qarşısını almaq üçün hökumət tərəfindən atılan addımları dəstəklədiklərini və bununla əlaqədar iqtisadi bərpa üçün əsas fəaliyyət sahələrini müəyyənləşdirdiklərini bildirirlər.

Beləliklə, sorğuda iştirak edən AHK üzvlərindən 22-si Prezidentin mart 2020-ci il tarixli fərmanı ilə təsis edilmiş Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etdiklərini qeyd edirlər. Digər bir çox respondent isə islahatlar və iqtisadi stimullaşdırma tədbirləri ilə əlaqədar hökumətə konsultasiya dəstəyi göstərdiklərini bildirir.

“Ümid edirik ki, bu sorğu, dövlət qurumlarına və siyasətçilərə mövcud vəziyyət və biznes ehtiyacları haqqında daha dərindən məlumat almaq üçün faydalı bir vasitə və etibarlı mənbə rolunu oynayacaqdır. Beləliklə, hökumətin iqtisadi və maliyyə problemlərini yumşaltmaq və sürətli iqtisadi canlanmaya keçmək səylərinə töhfə verəcəkdir. AHK Azərbaycan bütün iqtisadi subyektlərin ümumi mənfəəti naminə irəliyə doğru ən yaxşı yolu tapmaq üçün Azərbaycan hökuməti ilə konstruktiv dialoqu davam etdirməyə hər zaman hazırdır”, - deyə AHK Azərbaycanın Baş Direktoru cənab Tobias Baumann bildirib.

Sorğunun ətraflı nəticələri ilə rəsmi veb səhifəmizdə tanışa ola bilərsiniz.


Etiketlər:  Azərbaycanın üzv şirkətləri koronavirus pandemiyasının iqtisadi təsirini dəyərləndiriblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ