Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 08:32
Bakı. Trend:
Türkiyə 272 vətəndaşını Keniya və Tanzaniyadan yeni koronavirusun yayılması səbəbilə təxliyə edib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, 119 nəfər Keniyadan 153 nəfər isə Tanzaniyadan "Turkish Airlines" aviaşirkətinin təyyarələri ilə təxliyə edilib.
Qeyd edilir ki, təyyarələr Samsun şəhərinin hava limanında eniş edib. Vətəndaşların yükləri dezinfeksiya edildikdən sonra onlar karantin müddətini keçirəcəkləri İmdan Nazirliyinin yataqxanasına aparılıblar.