Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qaxda fermadan 71 baş keçini oğurlayan şəxs saxlanılıb

Qaxda fermadan 71 baş keçini oğurlayan şəxs saxlanılıb

Tarix: 29 Aprel 2020 10:51

Bakı. Samir Əli - Trend:

Qax Rayon Polis Şöbəsinə rayonun Ləkit kəndində yerləşən fermadan cari ilin yanvar ayından aprel ayınadək olan müddət ərzində ümumi dəyəri 11 min manata yaxın olan 71 baş xırdabuynuzlu heyvanların oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olan müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 71 baş keçini oğurlayan şəxsin həmin fermada çoban işləyən Zaqatala rayonu Gözbarax kənd sakini Şirin Məmmədov olduğu müəyyən edilib.

O, şübhəli şəxs qismində saxlanılıb. Ş.Məmmədov törətdiyi cinayət əməlini etiraf edib və keçiləri oğurlayaraq Qax və Zaqatala rayonlarında ayrı-ayrı şəxslərə satdığını bildirib. Əldə etdiyi pulu isə özünün əyləncəsi üçün xərcləyib. Polis əməkdaşları tərəfindən həmin heyvanları alan şəxslər də müəyyən edilib.

Faktla bağlı Qax RPŞ-də saxlanılan şəxs barəsində cinayət işi başlanılıb, istintaq aparılır.


Etiketlər:  Qaxda fermadan baş keçini oğurlayan şəxs saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ