Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 15:22
“Bavariya”nın baş məşqçisi Hans-Diter Flik “Mançester Siti”nin hücumçusu Leroy Saneyə zəng vurub.
Qol.az “Bild” nəşrinə istinadən xəbər verir ki, tərəflər arasında danışıq yarım saat çəkib. Flik Saneni komandasında görmək istəyini bildirib və “Bavariya”dakı mümkün karyerası müzakirə edilib.
Bildirilir ki, danışıqlarda müsbət irəliləyiş əldə olunub.
Qeyd edək ki, 23 yaşlı hücumçunun “Mançester Siti” ilə müqaviləsi 2021-ci ilin yayında başa çatır.