Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xalq Bank ilin ilk rübünün yekunlarını açıqladı

Xalq Bank ilin ilk rübünün yekunlarını açıqladı

Tarix: 29 Aprel 2020 15:40

Bakı. Trend:

2020-ci ilin 31 mart tarixinə Xalq Bankın cəmi aktivləri 2,282 mlrd manat təşkil etmişdir. Bu isə ötən ilin birinci rübünün yekunu ilə müqayisədə 3,09% və ya 68,52 mln manat daha artıqdır. Qeyd olunan tarixə Bankın müştərilərə verdiyi kreditlərinin həcmi isə 14,18% və ya 206,85 mln manat artaraq 1,665 mlrd manata çatır. Bankın depozit portfelinin həcmi 2020-ci ilin I rübünün sonuna 7,59% və ya 109,37 mln manat artaraq 1,55 mlrd manat təşkil etmişdir.

Faiz gəlirləri müvafiq dövrlə müqayisədə 0,22 mln artaraq 27,567 mln manat, faiz xərcləri isə 0,89 mln manat azalaraq 4,875 mln manat, qeyri-faiz gəlirləri 5,105 mln manat artaraq 7,88 mln manat, qeyri-faiz xərcləri kiçik artımla 11,52 mln manat təşkil etmişdir. Beləliklə, ilin ilk rübü ərzində Bank 9,04 mln manat xalis mənfəət əldə edib ki, bu da ötən ilin anoloji dövrünə olan göstəricidən 25,6% yüksəkdir. Bankın 1 aprel 2020-ci il tarixinə cəmi kapitalı 421 mln manat təşkil etmişdir.

Azərbaycanın ən böyük özəl banklarından biri olan Xalq Bank Moody’s Investors Service beynəlxalq reytinq agentliyinin reytinqlərinə malikdir. Bank 9 paytaxt, 21 bölgə filialı vasitəsi ilə ölkədə bank xidmətləri göstərir.

Bankın məhsul, xidmətləri və kampaniyaları haqqında daha ətraflı məlumat almaq üçün www.xalqbank.az saytına, və yaxud 138 Məlumat Mərkəzinə müraciət edə bilərsiniz.


Etiketlər:  Xalq Bank ilin rübünün yekunlarını açıqladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ