Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Aprel 2020 18:32
FİFA sentyabr və oktyabr aylarında keçirilməsi planlaşdırılan Millətlər Liqasının matçlarını təxirə salmaq qərarına gəlib.
Qol.az "İndependent"ə istinadən xəbər verir ki, qurum hazırda oyunların yeni vaxtı ilə bağlı iki variant təklif edib. Birincisi, görüşlərin noyabr və dekabr aylarında keçirilməsidir. İkinci varianta görə isə, qarşılaşmalar 2021-ci ilin mart, iyun və sentyabr aylarında oynanılacaq.
Qeyd edək ki, C Liqasının I qrupunda yer alan millimizin sentyabrın 5-i doğma meydanda Lüksemburq, sentyabrın 8-i səfərdə Kipr, oktyabrın 9-u səfərdə Monteneqro, oktyabrın 12-i isə evdə Kiprlə görüşləri nəzərdə tutulub.