Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yunanıstan sahillərində helikopter qəzaya uğrayıb

Yunanıstan sahillərində helikopter qəzaya uğrayıb

Tarix: 30 Aprel 2020 06:27

Bakı. Trend:

Kanadanın milli müdafiə nazirliyi Yunanıstan sahillərində vertolyotu ilə əlaqəni itirdiyini təsdiqləyib.

Trend-inməlumatına görə, bu barədə nazirlik "Twitter" səhifəsində xəbər verib.

"Təyyarə ilə əlaqə Yunanıstan sahillərində müttəfiqlərin təlimlərində iştirak edərkən itib. Xilasetmə əməliyyatı aparılır", - Müdafiə nazirliyindən bildirilib.

Yunan KİV-ləri helikopterin İtaliyanın Uçuş Məlumat Bölgəsində (Flight Information Region, FIR) Kefaloniyadan təxminən 85 km (46 dəniz mil) qərbdə dənizə düşdüyünü xəbər verib.

Hadisə yerinə italyan və türk donanması və digər NATO gəmiləri cəlb olunub. Son məlumatlara görə, ölənlərdən birinin cəsədi tapılıb. Qəzaya uğrayan helikopterin göyərtəsində altı nəfər olub.


Etiketlər:  Yunanıstan sahillərində helikopter qəzaya uğrayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ