Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zümrüd: ''Yazırlar ki, qız özünü buraxıb'' - FOTO

Zümrüd: ''Yazırlar ki, qız özünü buraxıb'' - FOTO

Tarix: 30 Aprel 2020 17:30

Tanınmış aparıcı Zümrüd Bədəlova sosial şəbəkədə onu qınayan və hətta təhqir edən insanlardan danışıb.

Milli.Az bildirir ki, yenicag.az-a açıqlama verən aparıcı əvvəllər bu şərhləri sildiyini bildirib:

"Heç vaxt efirdə rola girmirəm. Tamaşaçını aldatmaq olmaz. "Bəzənim-düzənim, efirə çıxım, üzümə-gözümə, bədənimə, orama-burama baxsınlar", - deyə bir anlayış olmayıb məndə.

Bəzən məni qınayırlar da. Bəyənənlərlə yanaşı bəyənməyənlər də var. Sosial şəbəkədə yazırlar ki, qız efirdə özünü buraxıb. Əvvəllər belə şərhləri silirdim, indi yox, artıq öyrəşmişəm. Məni bəyənənlər yazır ki, həmişə belə səmimi ol. Hətta görürəm ki, şərhlərdə sevənlərimlə sevməyənlərim buna görə bir-birləri ilə dalaşırlar. Özümü buraxıb neyləmişəm ki, bəlkə kimisə biabır etmişəm, ya da təhqirə yol vermişəm?Qonaqlarıma arada atmacalı sözlər deyirəm, gülərək də cavabımı alıram. Amma heç vaxt kimisə aşağılamaram. Buna ixtiyarım da yoxdur, qonaqlarımı niyə aşağılayım ki?"

Milli.Az


Etiketlər:  Zümrüd Yazırlar qız özünü buraxıb FOTO


RƏYLƏR