Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vətəndaşlara yalnız bu hallarda ədliyyə orqanlarına müraciət etmələri tövsiyə olunur

Vətəndaşlara yalnız bu hallarda ədliyyə orqanlarına müraciət etmələri tövsiyə olunur

Tarix: 30 Aprel 2020 17:54

"Vətəndaşlara yalnız təxirəslınmaz hallarda ədliyyə orqanlarına müraciət etmələri tövsiyə olunur, digər hallarda elektron formada müraciət edilməsi məqsədəuyğundur".

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin "Pandemiya dövründə ədliyyəyə əlçatanlıq" mövzusunda keçirdiyi onlayn mətbuat konfransında nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Manafova bildirib.

O qeyd edib ki, qeydiyyat şöbələrinə bilvasitə gəlmiş şəxslərin sosial izolyasiya qaydalarına riayət edərək xidmətlərdən yararlanmaları təmin olunur. 27 apreldən etibarən bəzi qurumlar öz fəaliyyətlərini bərpa ediblər. Ədliyyə Nazirliyinin "ASAN xidmət" mərkəzlərindəki fəaliyyəti də bərpa olunub.

Şöbə rəisi xatırladıb ki, 1 ay müddətində doğum faktı qeydə alınmalıdır. Doğum qeydə alınmadığı halda valideynlər ya xəbərdarlıq, ya da 10 manat məbləğində cərimlənirlər. Həmçinin, karantin dövrü nəzərə alınaraq, bu məsələ ilə bağlı vətəndaşlara güzəşt tətbiq ediləcək".


Etiketlər:  Vətəndaşlara yalnız hallarda ədliyyə orqanlarına müraciət etmələri tövsiyə olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ