Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 May 2020 13:00
"Amrah Bank" ASC-də çalışanların əməkhaqlarının verilməsi ilə bağlı tədbirlər görülür.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov mayın 1-də keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, "Amrah Bank"da kapital itkisinə yol verilib. Bank rəhbərliyi ilə görüş zamanı kapitalın artırılması təklif olunub. Lakin buna imkanları olmadığı üçün bankın bağlanması tövsiyə edilib.
Xatırladaq ki, Mərkəzi Bankın İdarə Heyətinin 2020-ci il 27 aprel tarixli qərarı ilə "Amrah Bank" ASC-ə müvəqqəti inzibatçılar təyin edilib, aprel 28-də isə bankın lisenziyası ləğv olunub.