Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Normal həyat üçün çox darıxıram'' - Mourinyo

''Normal həyat üçün çox darıxıram'' -  Mourinyo

Tarix: 1 May 2020 14:16

“Əgər mövsümün qalan 9 matçını oynasaq, bu hamımız üçün yaxşı olacaq. Normal həyat, hər gün etdiyimiz şeylər üçün daha çox darıxıram”.

Qol.az xəbər verir ki, bu sözləri “Tottenhem”in baş məşqçisi Joze Mourinyo “Sky Sports”a açıqlamasında deyib.

Portuqaliyalı mütəxəssis koronavirus pandemiyasına görə dayandırılan Premyer Liqa ilə bağlı danışarkən qeyd edib ki, səbirli olmaq lazımdır:

“Futbol bu həyatın sadəcə bi parçasıdır. Səbirli olmaq lazımdır. Bu, hamımızın içində olan bir savaşdır. Oyunlar azarkeşsiz keçirilsə də, mən bunu qəbul etməyəcəyəm. Futbol heç vaxt azarkeşsiz oynanılmaz. Kameraların olması milyonlarla insanın oyunu izləməsini göstərir. Yəni əgər azarkeşsiz bir stadiona ayaq bassaq, oranın azarkeşsiz olmadığını düşünəcəyik”.
 


Etiketlər:  Normal həyat üçün çox darıxıram Mourinyo


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ